Putin yenidən prezidentliyə namizəd olmasına imkan verən qanunu imzalayıb
20:40 05 Aprel 2021

Rusiya prezidenti Vladimir Putin ona o cümlədən yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu imzalayıb.
Sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qanunun bir sıra müddəaları Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə hazırlanıb. Əsas qanunun maddələrindən birinə görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu, mövcud dövlət başçısına daha iki müddət prezidentlik vəzifəsini icra etməyə imkan verir.
Sənəd dövlət başçısının azı 35 yaşı olan, ölkədə azı 25 il daimi yaşayan, eləcə də bundan əvvəl heç vaxt başqa dövlətin vətəndaşı olmayan və başqa dövlətdə yaşayış icazəsi olmayan Rusiya Federasiyasının vətəndaşı olmasını müəyyənləşdirir. Report
Femida.az
Oxunub: 223
Oxşar xəbərlər
- Ərdoğanla Putin “Sputnik V” vaksininin birgə istehsalı imkanlarını müzakirə edib
- Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə ediblər
- Putin azərbaycanlı rəqqası təltif etdi
- Putin İlham Əliyevə zəng etdi
- Putin Koçaryanla telefonda danışıb
- Kreml: Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edəcək
- Putinlə Paşinyan nəyi müzakirə edəcək? - Kremldən açıqlama
- Putinlə Paşinyan Qarabağı müzakirə edib
- Putinə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanun qəbul edilib
- Ərdoğan Putini müdafiə etdi: "Dövlət başçısına yaraşmayan ifadədir"