Prezidentlər Berndə razılığa gələ bilmədilər


15:40     26 Dekabr 2015 ilham26.Jpeg

Ermənistan və Azərbaycan prezidentləri sonuncu görüşdə etiraf etdilər ki, dialoq vacibdir. Bununla əlaqədar Minsk Qrupu ümid edir ki, münaqişə tərəfləri zorakılıq hallarından uzaq olacaq və gələn il danışıqlar daha müsbət atmosferdə davam edəcək.


Femida.az armenianreport.com-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Bern görüşü ilə bağlı müsahibəsində deyib.

Həmsədr vurğulayıb ki, hazırda danışıqlar masasında bir sıra təkliflər var: “Prezidentlərin görüşü Ermənistan və Azərbaycan xalqlarına tərəflərin münaqişəni sülh yolu ilə həll etmək istəyində olduğunu göstərir. Prezidentlərin Bern görüşündə heç bir nailiyyət ələ olunmasa da, onlar son zamanlar baş verən zorakılıq halları, xüsusilə mülki əhali arasında baş verən itkilərə görə narahatlıqlarını ifadə etdilər. Dövlət başçıları etiraf etdilər ki, dialoq vacibdir. Buna görə həmsədrlər ümid edirlər ki, gələn il onlar arasında yeni görüş təşkil etmək mümkün olacaq. Biz eyni zamanda Dağlıq Qarabağın icmaları arasında dialoq qurulması üçün imkan yaratmaq istəyirik”.

Açar sözlər:

Oxunub: 964