Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı cinayət işinə başlayıb
20:50 05 Aprel 2021
Bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatına istinadən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”), Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF), habelə Milli Elmlər Akademiyasının struktur qurumunda yol verilmiş qanun pozuntularına dair yoxlama materiallarının aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan Femida.az-a qeyd edilənlərlə bağlı bildirilib ki, “Qaçqınkom” və KİVDF-də yol verilmiş qanun pozuntuları faktlarına dair istintaq edilən cinayət işləri üzrə Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilib.
"Milli Elmlər Akademiyasının fəaliyyətinə gəldikdə isə qeyd edirik ki, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - məlumatda vurğulanıb.
Femida.az
Oxunub: 646
Oxşar xəbərlər
- Övladlarını diləndirən valideynlər
- Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ
- Baş Prokurorluqda Kollegiya iclası keçirilib
- Kamran Əliyev Baş Prokurorluqda iclas keçirir
- Məktəbli qızların intiharı ilə bağlı cinayət işi başlandı
- Məhkəmə katibi rüşvət üstündə həbs olundu - RƏSMİ
- Prezident Baş Prokurorluğun yeni binasının açılışını edib - FOTOLAR
- Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
- Baş Prokurorluqda erməni cinayətləri ilə bağlı 62 cinayət işi başlanıb - 21 şəxs barəsində axtarış elan edilib
- Ermənistanın törətdiyi cinayət işləri 3 kateqoriyada araşdırılır - Günay Səlimzadə