Bakıda iki avtomobil toqquşub, xəsarət alan var


09:12     06 Aprel 2021 21_04_06_1617656669.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Anar Mirzəhüseyn oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona boynun əziyi diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 211