Olimpiya çempionu intihar etdi


09:30     06 Aprel 2021 2021/04/1388971a-a0cf-3ea3-8874-dd0c4ca1f2ea_850_1617657273.jpg

ABŞ-ın Leyk-Plesid şəhərciyində keçirilmiş 1980-ci il Qış Olimpiya Oyunlarının qalibi Mark Paveliç 63 yaşında dünyasını dəyişib.

Femida.az -ın məlumatına görə, ABŞ-ın buzüstü xokkey millisinin keçmiş üzvü intihar edib. Yerli polis apardığı araşdırma nəticəsində belə qənaətə gəlib. Paveliçin özünü boğaraq öldürdüyü müəyyən olunub.

Qeyd edək ki, Mark Paveliç 1980-ci il olimpiadasında ABŞ yığmasının heyətində 7 oyuna 7 xal (1 qol + 6 ötürmə) toplayıb. O, final mərhələsində SSRİ ilə görüşdə 2 məhsuldar ötürmə verərək, 4:3 hesablı qələbədə pay sahibi olub.

Açar sözlər:

Oxunub: 376