Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrilib


22:15     05 Aprel 2021 21_04_06_1617657359.jpg


Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib.

Müvafiq tapşırığa əsasən 5 aprel 2021-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir.

Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb. Report

Femida.az

Açar sözlər:

Oxunub: 414