ABŞ türkiyəli nazirə qarşı sanksiya tətbiq edib


09:47     06 Aprel 2021 21_04_06_1617657993.jpg

ABŞ Türkiyənin dövlət qurumuna və onun dörd vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

Femida.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə deyilir.

“Qara siyahı”ya Müdafiə sənayesi nazirliyi və onun rəhbəri İsmayıl Demirin adı daxil edilib.

Qeyd olunub ki, buna səbəb Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığıdır.

Sanksiyalar 7 apreldə rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.

Açar sözlər:

Oxunub: 357