Bakıda piyadanı yük avtomobili vurub


10:11     06 Aprel 2021 piyada_olumu_233.jpg

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.

1992-ci il təvəllüdlü Əliyeva Leyla Aqil qızı yolu keçərkən onu yük avtomobili vurub. Yaralı komatoz vəziyyətində Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 417