Ərdoğan Azərbaycanla əməkdaşlığa dair mühüm saziş təsdiqlədi
10:26 06 Aprel 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib.
Femida.az xəbər verir ki, bununla bağlı qərar ölkənin “Resmi Gazete”sində dərc olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” 2017-ci ilin oktaybarın 31-də Bakıda imzalanıb.
R.T.Ərdoğanın təsdiq etməsi ilə saziş qüvvəyə minib.
Qeyd edək ki, həmin ilin oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. İclasdan sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin o dövrkü milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.
Oxunub: 185
Oxşar xəbərlər
- Ərdoğan Bakıdakı forumda videomesajla iştirak edib
- Ərdoğanla Zelenski arasında görüş başlayıb
- Ərdoğanla Putin “Sputnik V” vaksininin birgə istehsalı imkanlarını müzakirə edib
- Ərdoğanla İordaniya kralı arasında telefon danışığı olub
- Ərdoğan Türkiyədə peyvəndlənmənin başa çatacağı vaxtı açıqladı
- Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiyanın nə vaxt bitəcəyini açıqlayıb
- Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədi təsdiqləyib
- Ərdoğan yenidən AKP-nin sədri seçildi
- Ərdoğan Sloveniyaya minnətdarlığını bildirdi
- Ərdoğan Azərbaycanla əməkdaşlığa dair iki sənədi təsdiqlədi