Rusiya Kiyevin Donbasdakı hərəkətləri ilə bağlı Vaşinqtona xəbərdarlıq edib
12:12 06 Aprel 2021

Moskva və Vaşinqtonun nümayəndələri Donbasdakı vəziyyətlə bağlı təmasda olublar.
Femida.az -ın xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“ABŞ administrasiyası ilə Donbasla bağlı təmaslarımız oldu. Biz ABŞ tərəfinə baş verənləri ətraflı şəkildə izah etdik. Ukraynanın şərqində Kiyev və onun ABŞ başda olmaqla Qərbdəki havadarları tərəfindən getdikcə daha təxribatçı və çağırışçı siyasi xətt aparıldığı müşahidə olunur. Vaşinqton bu koordinasiya olunmuş siyasətin nəticələrindən narahat olmalıdır. Artıq bu mövzuya qayıtmaq üçün bir səbəb görmürəm”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.
Qeyd edək ki, dünən Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun Ukraynanın şərqindəki vəziyyətlə bağlı Moskva ilə əməkdaşlığa açıq olduğunu söyləyib. Eyni zamanda, onun sözlərinə görə, ABŞ Krımda olduğu kimi Ukrayna ilə sərhəddə də Rusiya qoşunlarının hərəkəti barədə hesabatları etibarlı hesab edir. ABŞ xarici siyasət idarəsinin sözçüsü Rusiyanı vəziyyətin kəskinləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Oxunub: 178
Oxşar xəbərlər
- Rusiyada koronavirusdan ölənlərin sayı 104 mini ötüb
- Rusiya hökuməti SOCAR-ın zavoduna investisiya ayıracaq
- Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib
- Rusiya Şuşaya atılan "İskander-M"lə bağlı araşdırmalara başlayıb
- Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib
- Rusiya Baş prokuroru Fəxri xiyabanı ziyarət edib
- Rusiyanın Baş prokuroru Azərbaycana rəsmi səfərə gəlib
- Rusiya qətldə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib
- Rusiya və Azərbaycan XİN başçılarının görüşünün vaxtı dəyişib
- Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib