Bakının giriş-çıxışında karantin postları qurulur? - RƏSMİ CAVAB
13:00 06 Aprel 2021

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkə ərazisində sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir:
“Operativ Qərargah hələ ki, belə bir qərar verilməyib. Karantin postlarında isə heç bir hazırlıq işi görülmür”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İstifadəçilər iddia edirlər ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri görülür.
Femida.az
Oxunub: 775
Oxşar xəbərlər
- II Filippin dəfn mərasimi karantinə görə dəyişdirildi
- Saatlıda karantini pozan kafe işçiləri cərimələndi
- Polis karantini pozan şəxslərə qarşı reyd keçirib - VİDEO
- Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrilib
- Astarada karantin qaydalarını pozan mikroavtobus sürücüsü cərimələnib
- Qaxda polis reyd keçirdi, karantini pozanlar cərimələndi
- Peyvənd olunan şəxslərə karantin qadağaları tətbiq edilməldirmi? - VİDEO
- Bakıda uşaq bağçası karantinə bağlanıb
- Balakəndə reyd keçirildi, karantini pozanlar cərimələndi
- Lənkəranda və Balakəndə karantin qaydalarını pozan obyektlər aşkarlandı