MN Azərbaycan və Türkiyə ordularının birgə təlimlərindən görüntülər yaydı - VİDEO
13:24 06 Aprel 2021

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.
Femida.az
Oxunub: 240
Oxşar xəbərlər
- Müdafiə naziri Türkiyə səfiri ilə görüşüb
- Azərbaycan və Türkiyə müdafiə nazirləri birgə təlimləri izlədi - VİDEO
- Polkovnik: “Əlilik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətində deyil”
- Müdafiə Nazirliyindən Aqil Abbasın fikirlərinə MÜNASİBƏT
- Aprel şəhidlərinin məzarları ziyarət olunub - VİDEO
- Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb
- Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib
- Zakir Həsənov komandanları topladı - Müşavirə keçirildi
- Ermənistan Müdafiə Nazirliyi yaralılarının sayını açıqlayıb: 11 min
- Müdafiə naziri hərbi hospitalda olub