Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi tapıldı


13:26     06 Aprel 2021 21_04_06_1617701280.jpg


Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Cəfərov Təbriz İlqar oğlunun nəşi tapılıb.

Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 1995-ci ilin iyulun 14-də anadan olub. O, 2014-2016-cı illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, müharibənin şiddətli vaxtı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.



Femida.az

Açar sözlər: #müharibə   #itkin   #şəhid   #dəfn  

Oxunub: 895