İƏT nümayəndələri Ağdamdadır - Cümə məscidində namaz qılıblar
13:30 06 Aprel 2021
İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdam rayonuna səfəri başlayıb.
Femida.az "Report"a istinadən xəbər verir ki, səfərdə məqsəd Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə tanış olmaqdır.
Səfər çərçivəsində həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.
Nümayəndə heyəti şəhərin girişində ümumi əraziyə baxış keçirib.
Rayon ziyalısı Zülfü Qasımov qonaqlara Ağdam rayon 50 saylı Texniki Peşə məktəbi, 1991-ci ildə Ağdam avtovağzalının erməni terrorçuları tərəfindən partladılması barədə məlumat verib. Həmin ərazidə qonaqlar xatirə şəkili çəkdiriblər.
Daha sonra şəhər mərkəzinə yola düşüblər.
İƏT nümayəndə heyətinin üzvləri Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib, namaz qılıb, dualar ediblər.
Femida.az
Oxunub: 491
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək
- Azərbaycanın Əhli-Beyt təmsilçiləri İranın hərəkətlərini pislədi
- Azərbaycana islam inqilabı ixrac etməyə çalışan Ocaq Necat kimdir?
- DİQQƏT! - Məscidlərə gedənlər bu qaydalara əməl etməlidir
- İslam Əməkdaşlıq Təşkilatı Yaxın Şərq problemilə bağlı sənəd qəbul etdi
- Şeyxülislamdan Ramazan təbriki
- Azad olunmuş ərazilərdə bütün məscidlər dağıdılıb, bu islamofobiyanın təzahürüdür - İlham Əliyev
- İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
- "Bütün İslam dünyası Azərbaycanın yanında olacaq" - İƏT rəsmisi