Bakının Xudu Məmmədov küçəsi təmir edilir
14:18 06 Aprel 2021

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonunun Xudu Məmmədov küçəsində təmir-tikinti işləri aparır.
Bu barədə Femida.az-a qurumdan bildirilib.
Məlumata görə, küçənin təmir olunan hissəsinin uzunluğu 2 100 metr təşkil edir.
Küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə deformasiyaya uğramış yol yatağı qazılıb çıxarılıb, əks-dolğu işləri görülüb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb.
Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Hazırda küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Asfaltlanma işləri bitdikdən sonra Xudu Məmmədov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi veriləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər AAYDA-nın rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Cari ildə Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik Xətai rayonunda 2019-cu ildə 17,7 km uzunluğunda olan 14, 2020-ci ildə isə 23,8 km uzunluğa malik 18 adda küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri aparıb.
Femida.az
Oxunub: 197
Oxşar xəbərlər
- Bakının giriş-çıxışında karantin postları qurulur? - RƏSMİ CAVAB
- Bakının rayonları üzrə yoluxma göstəriciləri - STATİSTİKA
- Bakının 15 küçə və prospektində sıxlıq müşahidə olunur
- Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
- Bakının əsas küçə və prospektlərində tıxac var
- Bakının bu prospektində işıqforlara yaşıl dalğa əmri tətbiq edilir
- Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib
- Bakının Babək prospektində yol qəzası olub
- Bakının bəzi qəsəbələrində su kəsilib
- Bakının bu yollarda sürət həddi endirilib