İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb


17:31     06 Aprel 2021 2021/04/8706f5c8-9077-3ac7-a135-fae9efa73547_850_1617715950.jpg

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.


Femida.az-ın məlumatına görə, səfərin məqsədi İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin Gəncə şəhərində törətdiyi müharibə cinayətləri ilə tanış olmaqdır.

İƏT Təmas Qrupunun nümayəndələri həmcinin müxtəlif dövlət qurumlarında görüşləri də nəzərdə tutulub.

Xatırladaq ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər. Onlara ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizm barədə məlumat verilib.

Açar sözlər:

Oxunub: 386