Tokayev peyvənd olundu
19:15 06 Aprel 2021
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusa qarşı peyvənd olunub.
Femida.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Berik Uali məlumat yayıb.
Dövlət başçısına Karaqanda əczaçılıq zavodunun istehsal etdiyi “Sputnik V” peyvəndi vurulub. Peyvənddən sonra ölkə başçısının səhhəti yaxşıdır.
Xatırladaq ki, bu ilin yanvar ayında hökumətin genişləndirilmiş iclasında Kasım-Jomart Tokayev Qazaxıstan peyvəndi ilə koronavirusa qarşı vaksinasiya olmaq istədiyini bildirmişdi.
Oxunub: 313