Prezident: "Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir"
20:30 06 Aprel 2021
_1617726672.jpg)
"Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir".
Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.
Dövlət başçısı deyib ki, hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir: "Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir".
Oxunub: 237
Oxşar xəbərlər
- XİN: Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsindən narahatdır
- Samuxda reyd - 15 sürücü cərimələndi
- DİM sədri: "Mərkəzləşmiş qəbul sisteminədək qohumbazlıq və korrupsiya tüğyan edib"
- DYP: Cəriməsi olan avtomobillər Azərbaycana buraxılmayacaq
- Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"
- 2293 yoluxma - 31 nəfər koronavirusdan öldü
- Vətən Müharibəsinin qəhrəman həkimi: “Hər şey filmlərdə gördüyümüz kimi idi” - VİDEO
- Paşinyan: "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi"
- İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"
- Hulusi Akar: “Ukraynanın gələcəyi ilə yaxından maraqlanırıq”