Tural Gəncəliyev: “Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək”


21:21     06 Aprel 2021 2019/06/tural_genceliyev_afarov1499687898_1560145250.jpg

“Tezliklə mənim ofisim Xankəndidən fəaliyyət göstərəcək”.

Femida.az xəbər verir ki, bunu Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev “Twitter” hesabında yazıb.

Deputat bildirib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir:

“Etnik mənsubiyyətindən asılı olmayaraq, Xankəndi şəhərinin bütün sakinlərini təmsil edən bir millət vəkili olaraq onlara yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm”.

Açar sözlər:

Oxunub: 495