Bakıda koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb
09:12 07 Aprel 2021

Bakıda sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan Günel Hakimqoca (Günel Fərhad Hakimqoca) adlı koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb.
Femida.az xəbər verir ki, polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub. O, tibb müəssisəsinə yerləşdirilib və həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, qadın daha əvvəl sosial şəbəkədə koronavirus xəstəsi olduğunu və intihar edəcəyini bildirib.
Oxunub: 243
Oxşar xəbərlər
- Bakıda sərnişin avtobusu piyadanı vurub
- Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan vəfat edib
- Bakıda daha bir yerdə yol hərəkətinin təşkilində dəyişikliklər edilib
- Bakıda quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb - HADİSƏ ANI
- Bakıda tanışının evinə girib atəş açan saxlanıldı - FOTO
- Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı
- Bakıda toy məclisində iştirak edən 19 nəfər saxlanıldı - VİDEO
- Bakıda üzərinə qapı düşən körpə ölüb
- Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
- Bakıda gəmi yanıb