Göygöldə kafe yanıb


09:59     07 Aprel 2021 21_04_07_1617773475.jpg

Göygöl rayonunda yanğın olub.

Femida.az -ın Fövqəladdə Hallar nazirliyinin saytına istinadən xəbərinə görə, Toğanalı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli fəaliyyət göstərməyən kafenin çardağının yanar konstruksiyaları və tavanı 25 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd soyuducunun üzlüyü qarsalanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 184