Kreditlərlə bağlı hansı dəyişiklik olacaq?


17:28     26 Dekabr 2015 manat_qazanc.jpg

Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Bankda bir sıra bankların İdarə Heyətlərinin sədrləri ilə görüş keçirilib.


Görüşdə bankların konsolidasiyası, müştərilərin kreditlərinin restrukturizasiyası, fərdi inkişaf proqramlarının hazırlanması kimi məsələlər bank idarəedicilərinə tövsiyə edilib.

Maraqlıdır ki, indiki şəraitdə sözügedən tövsiyələrin banklara və müştərilərə nə kimi müsbət təsirləri ola bilər?

“Qafqazinfo” bu sualla iqtisadçı ekspert Samir Əliyevə müraciət edib. O bildirib ki, Mərkəzi Bank banklara insanlarla dil tapmağı və problemi həll etməyi tövsiyə etdi: “Yəni Mərkəzi Bankdan hər hansı bir kömək gözləməyin. Bununla bərabər, görüşdə restrukturizasiya, konsolidasiya, fəaliyyət planları məsələsi də müzakirə edilib.

21 fevral devalvasiyasından sonra restrukturizasiya baş verdi. Mərkəzi Bank müəyyən yumşaldıcı addım atdı. “Akitivlərin təsnifləşdirilməsi haqqında” qanuna dəyişilik etdi ki, dəstəkverici banklar kreditləri restrukturizasiya edə bilsinlər. Yəni müqavilə şərtlərinə yenidən baxılır, kreditin müddəti uzadılır və faiz aşağı salınır. İndi də bankların restrukturizasiyaya getməkdən başqa çıxış yolu yoxdur. Heç kim birdən-birə 50 faiz pul ödəmək qabiliyyətində olmayacaq. Mərkəzi Bank bunu deməsə də, banklar buna gedəcəkdi.

İkincisi, konsolidasiya məsələsini isə biz neçə vaxtdır ki, qaldırmışıq. Azərbaycanda 43 bank var. Bu qədər bank Azərbaycan iqtisadiyyatı, müştərilərin sayı üçün çoxdur.

Neft gəlirlərinin azalması fonunda büdcədə pul dövriyyəsinin həcmi də azalıb. Deməli, bankların da gəlirlərində azalma müşahidə ediləcək. Belə olan halda bankların sayı azaldılmalıdır. Azərbaycan üçün 20-25 bank kiyafətdir. Bu zaman müştərilərin sayı həm keyfiyyət baxımından deyil, həm də kəmiyyət baxımından azalacaq. Bu addımı müsbət qiymətləndirirəm. Banklar əvvəl-axır buna getməlidir. Amma proses elə getməlidir ki, böyük banklar kiçik bankları udmasın. Yəni nisbətən orta bankların birləşməsi yaxşı olar. Bu zaman təmərküzləşmə prosesi də baş verməz”.

Açar sözlər:

Oxunub: 1127