Gədəbəydə polis koronavirusa yoluxan sakinləri ziyarət edib


11:55     07 Aprel 2021 21_04_07_1617780536.jpg

Gədəbəydə koronavirus xəstələri ilə profilaktik görüş keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.

Xüsusi geyimli və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib. Hər hansı bir sosial və digər məsələlərlə bağlı DİN-in “102 Zəng Mərkzi” Xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.

Açar sözlər:

Oxunub: 397