Axtarışda olan şəxs tutuldu


14:50     07 Aprel 2021 hebs5.jpg

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də rayon ərazisindəki evlərin birindən 600 manat oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mövlamov saxlanılıb.

Açar sözlər:

Oxunub: 422