Uşaqlarla bağlı YENİ QAYDA: Pozanlar cərimələnəcək


14:22     07 Aprel 2021 korpe5.jpg


Doğumun qeydə alınması qaydasının pozulmasına görə cərimə səlahiyyəti TƏBİB-ə verilir.

Femida.az-ın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) TƏBİB-ə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Femida.az

Açar sözlər: #uşaq   #qayda   #cərimə  

Oxunub: 454