QMİ sədri: Həqiqətləri dünyaya çatdırırıq


15:41     07 Aprel 2021 2021/04/1576995_1617795839.jpg

“Necə ola bilər ki, bir yalanı bu qədər təkrar deyə bilirlər?! Bu gün erməni kilsəsi bütün dünyaya, eləcə də xristian, yəhudi, katolik icmalarına, hətta bəzi müsəlman dövlətlərinə müraciət ünvanlayır və iddia edir ki, guya Azərbaycan dövləti tərəfindən erməni dininə qarşı mənfi hərəkətlər edilib, məbədlər sökülüb dağıdılıb. Onlar başqa yalanlar da danışırlar və belə yalanların sayı çoxdur”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri qeyd edib ki, həmin yalanlara cavab verirlər: “Məcbur oluruq ki, bütün dünyada onlara cavab verək. Tək mən yox, digər din xadimləri ilə birlikdə müraciət yayaraq həqiqətləri dünyaya çatdırırıq. Azərbaycanda olan dini konfessiya rəhbərlərinə təşəkkür edirəm ki, həmişə bir olmuşuq və bundan sonra da bir olacağıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 215