General: "Düşmən geri çəkilərkən dar keçidləri minalayıb"
18:06 07 Aprel 2021
"Mühəndis qoşunları üçün zəruri hallar yolların, ehtiyac olan istiqamətlər üzrə marşrutların təhlükəsiz vəziyyətdə istismarının təmin olunması, ilk növbədə, qoşunların azad olunmuş ərazilərdə təhlükəsiz hərəkətinin təmin edilməsi, çıxılmış hədlərə, yəni, azad olunmuş ərazilər geridə qalmaq şərtilə dövlət sərhədi boyunca lazım olan və təyin olunmuş istiqamətlər üzrə bölmələrin tərtiblənməsinin və təhlükəsizliyinin təmin edilməsidir".
Femida.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.
O bildirib ki, buna görə də istər minatəmizləmə, istər maneələğvetmə (onların müəyyən tapşırıqlarına və funksional vəzifələrinə görə adlarında da fərq var), istərsə də xüsusi minatəmizləmə mühəndis-istehkam bölmələrinin eyni zamanda işlərə cəlb olunması bir nömrəli tapşırıq idi:
"Əvvəlki təmas xətti ilə yanaşı, düşmən geri çəkilərkən də çoxlu sayda maneələr qurmuş, körpüləri, yolayrıcılarını, dar keçidləri minalamışdı. Düşmən körpünü partladır, suyun sağ və sol tərəfindən keçmək imkanı olan yerləri də minalayırdı. Onlar mümkün olan qədər daha çox ərazidə istehkam işləri aparmışdılar. Qubadlı, Kəlbəcər, Laçın istiqamətlərində, dağlıq bölgələrdə belə bu əngəlləri qurmuşdular. Bütün bunlara baxmayaraq bölmələr irəlilədikcə onların yerləşdiyi, cəmləşdiyi rayonlar yoxlanılır və təhlükəsizliyin təmin olunması işinə xüsusi diqqət yetirilir və tapşırıq ən yüksək səviyyədə icra olunurdu.
Ali Baş Komandanımızın göstərişi əsasında ərazilərin mina sahələrindən və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində ciddi işlərə başlanıldı. İşlərin sürətlənməsi baxımından bu sahə ilə bağlı Dövlət Komissiyası da yaradıldı. Bu məsələdə söhbət təkcə mina sahəsinin təmizlənməsindən getmir, eyni zamanda, döyüş əməliyyatları gedən ərazilərin sursatların qalıqlarından, partlamamış sursatlardan təmizlənməsindən gedir. Bütün bunlar müəyyən qədər təhlükələr yaradır".
Femida.az
Oxunub: 406
Oxşar xəbərlər
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Bakıda ödəmə terminalından pul oğurlanıb
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Nazir: “Azərbaycan minimum pensiyanın nominal indeksinə görə MDB-də 1-ci yerdədir”
- Ötən ay azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb