Şeyxülislam: “Dağıdılan 64 məsciddən tezliklə azan səsi gələcək”
18:43 07 Aprel 2021
“Heyfislənirəm ki, Azərbaycandan olan bəzi insanlar torpaqlarımızın azadlığına o qədər də sevinmirlər. Bəlkə də, onlar hətta məğlubiyyət istəyirdilər. Arzu edərdim ki, onlar başa düşsünlər ki, Vətən, torpaq ana qədər qiymətlidir”.
Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bəlkə də, cavandırlar başa düşmürlər. Hesab edirəm ki, onlar bunu başa düşəcəklər və geri qayıdacaqlar. Prezident İlham Əliyevin fədakarlığı bir daha bütün Azərbaycan xalqına fərəh yaşadır və gələcəyə ümid yaradır. İnanırıq ki, bu torpaqlar çiçəklənəcək və azan səsləri gələcək. Təbii ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük zəhmətləri var. İnanıram ki, dağıdılan 64 məscid bərpa olunacaq və oradan azan səsi gələcək”. Report
Femida.az
Oxunub: 762
Oxşar xəbərlər
- Şeyxülislamdan Ramazan təbriki
- Şeyxülislam: “İlham Əliyev tarixə Fateh kimi daxil oldu”
- Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib
- Şeyxülislam ABŞ səfiri ilə görüşüb
- Putin Şeyxülislamı təltif edib
- Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir
- Allahşükür Paşazadə üçün yubiley günü - Şeyxülislamın 70 yaşı olur
- "Məscidlərdə həqiqətləri insanlara çatdırmalıyıq" - Şeyx
- Seyxülislam Rusiyaya gedir
- “Xahiş etdim ki, məscid üçün bizə yer ayrılsın” - Şeyxülislam