ETSN: Çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır
19:24 07 Aprel 2021

"Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Oxçuçayda nikelin, dəmirin və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb".
Azvision.az xəbər verir ki, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.
Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına qovuşur:
"Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə əsəasən, bu çaylarda nikkelin miqdarı 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə 2 dəfə normadan artıqdır".
ETSN rəsmisi bildirib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq çox çirklənməsi qeydə alınıb:
"Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi tələf olması aşkarlanıb. Hazırda çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsinə səbəb olub. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresusları və ekosisteminə ciddi təhdid yaradır".
Femida.az
Oxunub: 194
Oxşar xəbərlər
- Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"
- 2293 yoluxma - 31 nəfər koronavirusdan öldü
- Vətən Müharibəsinin qəhrəman həkimi: “Hər şey filmlərdə gördüyümüz kimi idi” - VİDEO
- Paşinyan: "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi"
- İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"
- Hulusi Akar: “Ukraynanın gələcəyi ilə yaxından maraqlanırıq”
- Metyu Brayza: "Minsk qrupunun münaqişədən sonrakı dövrdə missiyası olmalıdır"
- İlham Əliyev: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
- Prezident: "Azad edilmiş ərazilər Lüksemburqdan dörd dəfə böyükdür"
- Prezident: "Minsk qrupundan təkliflər gözləyirik"