Daha 15 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
09:09 08 Aprel 2021

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 7-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Beş nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik. Unutmayaq ki, biz birlikdə güclüyük!" - Məlumat xidmətindən bildirilib.
Femida.az
Oxunub: 193
Oxşar xəbərlər
- Daha 30 şəhid və qazi ailəsinə mənzil verilib
- Daha 3 məktəbdə dərslər bərpa olundu
- Daha 5 siyasi partiya ofislə təmin olunub
- Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi
- Daha bir koronavirus xəstəsi ictimai yerdə saxlanıldı
- Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verilib
- Daha iki ali məktəb akkreditasiyadan keçib
- Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir
- Daha iki marşrutun hərəkət sxemi dəyişdirilir
- Daha bir qaziyə vəzifə verildi