Masallıda poçt şöbəsindən seyf oğurlandı
10:59 08 Aprel 2021

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, gecə saatlarında rayonun Türkoba kəndindəki poçt şöbəsindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyfin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib.
Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 183
Oxşar xəbərlər
- Masallıda yas keçirənlər məhkəməyə verildi
- Masallı sakinini kafedə döyüb pulunu əlindən aldılar
- Masallıda evdən 2 min manatlıq oğurluq edildi
- Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb
- Masallıda avtomobil piyadanı vuraraq öldürüb
- Masallıda 11 yaşlı qız hamam otağında ölü tapıldı
- Masallıda gizli təşkil olunan toy mərasimi aşkarlanıb
- Masallı sakini qayçı ilə qaynına xəsarət yetirib
- Masallıda keçmiş məhkum narkotiklə tutuldu
- Masallıda qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb