Kürdəmirdə budundan bıçaqlanan kişi ölüb
11:10 08 Aprel 2021

Aprelin 8-i saat 03 radələrində Kürdəmir şəhər sakini, 1969-cu il təvəllüdlü Səmədov Arif Abduləziz oğlunun sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına daxil olması və almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Femida.az-a Kürdəmir Rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı Babayev İsmayıl Bəhrəm oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Arif Səmədova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
İsmayıl Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 176
Oxşar xəbərlər
- Kürdəmirdə 18 nəfər cərimələnib
- Kürdəmirdə minik avtomobili yük maşını ilə toqquşub, 6 nəfər xəsarət alıb
- Kürdəmirdə şəhid kapitan dəfn edildi
- Kürdəmirdə qatar yeniyetməni vurub
- Kürdəmirdə “KAMAZ”la" VAZ-2107" toqquşub, 2 nəfər hadisə yerində ölüb
- Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var
- Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb
- Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibi cərimələnib
- Kürdəmirdə yas mərasimi keçirənlər saxlanıldı
- Kürdəmirdə qadını öldürərək yandıran şəxs 2 ildən sonra tapıldı