Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir
11:21 08 Aprel 2021
Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.
Keçirilən praktiki tədbirlərdə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların psixoloji reabilitasiyası, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması məsələləri də diqqət mərkəzindədir.
Tədbirlər çərçivəsində sosial-psixoloji testlər keçirilir, fərdi qaydada söhbətlər aparılır, komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər təşkil olunur və metodiki tövsiyələr verilir.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb
- Azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb
- Azad olunmuş ərazilərə ilk növbədə kimlərin geri qaytarılacağı açıqlanıb
- Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb
- Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı cinayət işi açılıb
- Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb