"Bütün İslam dünyası Azərbaycanın yanında olacaq" - İƏT rəsmisi
11:50 08 Aprel 2021
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycana öz səmimi dəstəyini göstərib. İslam dünyası bu məsələdə Azərbaycanın yanında yer aldı. Qərb dünyasında Azərbaycanın qələbəsi ilə bağlı bəzi xoşagəlməz fikirlər oldu, ancaq müsəlman dünyası Azərbaycanı dəstəklədi.
Trend-in məlumatına görə, bunu İƏT Təmas Qrupunun nümayəndə heyətinin üzvü Mehmet Metin Eker Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə hərs olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanın yanında olacaq: “Ağdama səfər edərkən çox kədərli bir mənzərənin şahidi olduq. Ağdamda tək bir bina salamat qalmayıb. Ermənilər təkcə insanlara deyil, təbiətə, mədəniyyətə qarşı da düşmənçilik, vandallıq nümayiş etdirib. Məscidləri, dini abidələri məhv etmək mədəniyyətə qarşı vandallıqdır”.
M.M.Eker vurğulayıb ki, Azərbaycanın bu müharibədə qələbəsi İslam dünyasının qələbəsidir: “Azərbaycanın bu qələbəsi İslam dünyasında zülümlərin aradan qaldırılması üçün səbəb olacaq. İndi qarşıda duran əsas məsələ Qarabağda təhlükəsizliyi tam bərpa etmək və orada həyatı bərpa etməkdir. Bütün İslam dünyası bu məsələdə də Azərbaycanın yanında olacaq”.
Femida.az
Oxunub: 436
Oxşar xəbərlər
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bütün pensiyalar bu tarixdə ödəniləcək
- Bütün müavinət və təqaüdlər Novruz bayramına qədər ödəniləcək
- Bütün Qarabağda teleradio yayımına başlanacaq
- Bütün imkanlarımızla vətəndaşlarımızın yanındayıq - Ərdoğan
- Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
- Bütün mikro sahibkarlar üçün vergi güzəştləri olacaq
- Bütün şəhər və rayonlardan qatarla Bakı, Sumqayıt və Abşerona sərnişin daşınması dayandırılır
- Bütün dairələrin deputatları məlum oldu - TAM SİYAHI
- Bütün veb-kameralar hazırda aktivdir - MSK-dan açıqlama