MİQ üzrə növbəti onlayn müsahibələrə start verilir
12:55 08 Aprel 2021
Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.
Aprelin 13-dən namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.
Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.
Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək. Cari müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub
- Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib
- Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü
- Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırır - VİDEO
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
- Miqrasiya Xidməti Orduya 100 min manat ianə etdi