Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb
13:58 08 Aprel 2021

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb.
Femida.az -ın xəbərinə görə, S. Lavrov bu barədə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında bildirib.
“Dövlət üçün həyati əhəmiyyətli sahələrdə biz onların əhval-ruhiyyəsinə etibar edə bilmərik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Rusiyalı nazir Vaşinqtonun Moskva ilə proqnozlaşdırıla bilən münasibətlər qurmağa hazır olması ilə bağlı bəyanatlarının inandırıcı görünmədiyini də qeyd edib : “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi sanksiyaların olacağına dair hansısa bəyanat verib. Lakin ABŞ Rusiya ilə proqnozlaşdırıla bilən və stabil münasibətlərdə maraqlıdır. Sözlər inandırıcı səslənmir, konkret addımları gözləyəcəyik”.
Oxunub: 211
Oxşar xəbərlər
- Lavrov Ceyhun Bayramov və Ayvazyanla görüşəcək
- Lavrov və Ayvazyan Qarabağı müzakirə edib
- Lavrov və Ayvazyan Qarabağ bəyanatlarını müzakirə edib
- Lavrov Ayvazyanla Qarabağ bəyanatını müzakirə etdi
- Lavrov Qərbin ittihamlarına cavab verdi
- Lavrov: "Üçtərəfli razılaşmanı hamı dərhal qəbul etmədi"
- Lavrov da Bakıya gəldi
- Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcək
- Lavrov həmsədrlərlə görüşdü
- Lavrov: "Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa inandırmaq üçün türkiyəli tərəfdaşlarımızla çalışacağıq"