Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb


13:58     08 Aprel 2021 lavrov.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb.

Femida.az -ın xəbərinə görə, S. Lavrov bu barədə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında bildirib.

“Dövlət üçün həyati əhəmiyyətli sahələrdə biz onların əhval-ruhiyyəsinə etibar edə bilmərik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiyalı nazir Vaşinqtonun Moskva ilə proqnozlaşdırıla bilən münasibətlər qurmağa hazır olması ilə bağlı bəyanatlarının inandırıcı görünmədiyini də qeyd edib : “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi sanksiyaların olacağına dair hansısa bəyanat verib. Lakin ABŞ Rusiya ilə proqnozlaşdırıla bilən və stabil münasibətlərdə maraqlıdır. Sözlər inandırıcı səslənmir, konkret addımları gözləyəcəyik”.

Açar sözlər:

Oxunub: 371