Rusiya qətldə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib


16:58     08 Aprel 2021 21_04_08_1617885592.jpg

Rusiya hüquq-mühafizə orqanları 40 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verilib.

Femida.az -ın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1981-ci il təvəllüdlü Rahim Xəlilov muzdla qətl törətməkdə (zorakılıq, soyğunçuluq və ya banditizmlə müşayiət olunan) təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün İnterpola müraciət olunub.

Açar sözlər:

Oxunub: 508