Avropa Məhkəməsi vaksinasiya ilə bağlı qərarını açıqlayıb
17:36 08 Aprel 2021
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) demokratik cəmiyyətlərdə müəyyən xəstəliklərə qarşı uşaqlara peyvənd vurulmasının vacib olduğu barədə qərar qəbul edib.
Femida.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu qərar Çexiyadan olan iki ailənin məsələ ilə bağlı AİHM-ə müraciətindən sonra qəbul olunub.
AİHM uşaqlarını peyvəndləməyən və bu səbəbdən cəzalandırılan çexiyalı iki ailənin apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb. Məlumata görə, 2013 və 2014-cü illərdə uşaqlarının məcburi peyvəndlənməsinə qarşı çıxan iki ailə cəzalandırılıb. Onlar məsələ ilə bağlı AİHM-ə şikayət ediblər. Məhkəmə zəruri hallarda uşaqların vaksinasiya olunması barədə qərar çıxarıb.
AİHM-in qərarına əsasən, Çexiyada uşaqlar 9 xəstəliyə qarşı üzrlü səbəb olmadan peyvənd olunmazsa? valideynləri cərimələnə bilər və peyvənd edilməyən uşaqlar bağçaya gedə bilməzlər.
Məhkəmə bəzi xəstəliklərə qarşı uşaqlar üçün aşının demokratik cəmiyyətlərdə zəruri olduğu barədə qərar qəbul edib.
AİHM-in xüsusi vəkili Nikolas Hervieu bildirib ki, bu qərar COVID-19 pandemiyasına qarşı müəyyən şərtlər daxilində məcburi peyvəndləmə ehtimalını təsdiqləyir.
Oxunub: 585
Oxşar xəbərlər
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Avropada təbii qazın qiyməti yüksəlib
- Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb
- Avropa İttifaqı Şurasının Prezidenti Kiyevdə səfərdədir
- Avropada qazın qiyməti kəskin ucuzlaşıb
- Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır