Keçmiş məhkum heroinlə saxlanıldı


18:10     08 Aprel 2021 2015-06-04-10-18-43Hebs-edildi-640.jpg

Sabunçu rayonunda keçmiş məhkumdan iki kiloqramdan artıq heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində saxlanılıb.

Axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 688