Rusiyanın Baş prokuroru Azərbaycana rəsmi səfərə gəlib
19:21 08 Aprel 2021
Azərbaycanın Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.
Rusiyanın Baş prokuroru İqor Krasnov aprelin 8-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, hər iki qurum rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər.
Səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir
Oxunub: 690
Oxşar xəbərlər
- Rusiyanın nə qədər raket və mərmi ehtiyatı qalıb?
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb
- Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib
- Rusiyanın Ukraynada itkilərinin sayı 40 min nəfərə çatır
- Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
- Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 21 minə çatıb