İƏT-in Baş katibi “Dostluq” ordeni ilə təltif olunub


19:23     08 Aprel 2021 2021/04/Capture_1617895553.jpg

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymi “Dostluq” ordeni ilə təltif olunub.

"Report" xəbər verir ki, o, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.

Prezident İlham Əliyev aprelin 8-də Bakıda Yusif bin Əhməd əl Osaymini qəbul edərkən “Dostluq” ordenini ona təqdim edib.

Açar sözlər:

Oxunub: 388


Oxşar xəbərlər