İƏT-in Baş katibi: “Azərbaycan qalib gələrək tarix yazdı”
21:30 08 Aprel 2021
“Qəbula və müharibədə qazandığı qələbəyə görə Azərbaycanı təbrik etmək istərdim”.
Femida.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Prezidentlə görüşmək şərəfinə nail oldum və onu təbrik etdim. Şükür ki, bu oldu. Bütün İƏT adından sizi təbrik etmək istəyirəm. Burada, həqiqətən, tarix yazılıb. Bu yalnız Azərbaycanın qələbəsi deyil, həm də müəyyən mənada bizim üçün qələbədir, çünki təşkilata üzv ölkələrdən biri ərazilərini geri qaytardı”, - o bildirib.
“Bu kabus bitdi, amma bu, hələ işin yarısıdır. Geri qaytarılan ərazilərin bərpası üçün çox şey edilməlidir”, - Baş katib əlavə edib.
Onun sözlərinə görə, infrastrukturun bərpası heç də az əhəmiyyət daşımayan məsələdir və kollektiv səylər tələb edir, buraya beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Valyuta Fondu və İslam İnkişaf Bankı cəlb olunmalıdır.
Oxunub: 589
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"