BMT Baş Assambleyasının sədri Azərbaycana gəlib


23:27     08 Aprel 2021 2021/04/5f60e17a5cf3b0080407a40e_1617910111.jpg

BMT Baş Assambleyasının Sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb.

Bu barədə “Report”a sədrin sözçüsü Brenden Varma məlumat verib.

O, bildirib ki, V.Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.

Qeyd edək ki, V. Bozkır BMT Baş Assambleyasının sessiyasına sədrlik edən ilk türk diplomatdır.

Açar sözlər:

Oxunub: 625