“Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-yə yeni sədr müavini təyin olunub


10:02     09 Aprel 2021 vasif6.jpg

Yeni yaradılan “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr müavini təyin edilib.

Femida.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Xaliq Yunis oğlu Babayev təyinat alıb.

Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC martın 17-də Naxçıvanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında yaradılıb. QSC-yə Sahil Abdulla oğlu Tahirli sədr təyin olunub.

Açar sözlər:

Oxunub: 355