Mingəçevirdə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı


11:02     09 Aprel 2021 2021/04/1617951249737_Ctkq4urw_1617951823.jpeg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Mingəçevir şəhəri, F. Əzimov küçəsində yerləşən fiziki şəxs Cabbarov Elşən Xalid oğluna məxsus heyvan kəsim məntəqəsində yoxlama keçirilib.

AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, həmçinin girişdə dezbaryerin yerləşdirilmədiyi, istifadə olunan alət və ləvazimatların vaxtı-vaxtında yuyulub dezinfeksiya edilmədiyi, tullantıların məntəqə ərazisində açıq şəkildə saxlandığı və digər texniki normativ hüquqi aktların tələblərinə zidd olan nöqsanlar aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq kəsim məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 451