İlham Əliyev Rusiyanın Baş prokurorunu qəbul edib - YENİLƏNİB


13:22     09 Aprel 2021 2021/04/1617955285839_7Qm9mTIa_1617955990.jpeg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib.

Femida.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib.

Femida.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Bildirilib ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.

Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, perspektiv məsələlər müzakirə edilib.

Femida.az

Açar sözlər: #Rusiya   #Başprokuror   #İlhamƏliyev  

Oxunub: 758