Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu


12:27     09 Aprel 2021 2019/09/hebs_yeni-cinayet_1568621743.jpg

Şəmkir rayonunda dəmiryolu stansiyasının ərazisində oğurluğa cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə aprelin 8-də baş verib.

Şəmkir rayon sakini C.Məmmədli rayonun dəmir yolu stansiyasının ərazisindən 232 metr kabeli kəsib oğurlamağa cəhd göstərərkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 472