Oğuzda reyd keçirildi - Qaydaları pozanlar cərimələndi
12:48 09 Aprel 2021

Oğuzda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrində, açıq ictimai məkanlarda keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, tibbi maskalardan istifadənin zəruriliyi izah olunub.
Karantin rejimi qaydalarına riayət etməklə fəaliyyət göstərməyin vacibliyi obyekt sahiblərinin və icarədarların diqqətinə çatdırılıb.
Reyd ictimai nəqliyyatda da davam etdirilib, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərarlar bir daha sürücü və sərnişinlərin diqqətinə çatdırılıb.
Həmçinin, bəzi marşrut avtobuslarında şəffaf arakəsmələr quraşdırmayan sürücülərə xəbərdarlıq olunub.
Ümumilikdə qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Oxunub: 329
Oxşar xəbərlər
- Oğuzda COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı
- Oğuzda qanunsuz ov edənlər saxlanılıb
- Oğuzda mikroavtobus aşıb, yaralılar var
- Oğuzda şəhid dəfn olunub
- Oğuzda qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
- Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
- Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
- Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib