Lənkəranda 16 yaşlı qızın intiharı ilə bağlı YENİ DETALLAR: 7 aydır müalicə alırmış


13:00     09 Aprel 2021 2021/04/olum_esas_1617959728.jpg


Bir neçə gün öncə Lənkəranda 16 yaşlı qızın intihar etməsi ilə bağlı yeni detallar üzə çıxıb.

Femida.az-ın məlumatına görə, özünü asaraq intihar edən Monika Hüseynzadənin bir müddətdir psixoloji problemləri var imiş.

Qızın atası Cəbrayıl Hüseynovun saytımıza verdiyi məlumata görə, qızı bir müddətdir ki, psixoloji vəziyyətindəki problemlərə görə müalicə alırmış. O, bildirib ki, qızı Lənkəran Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub:

"Monikanın panik-atak və digər psixi sarsıntıları olub. 7 aydır, müalicə olunurdu. Psixoloji durumuna görə, Lənkəran şəhəri ilə yanaşı, Bakı və Sumqayıt da müalicə etdirmişik. Müalicədən sonra özünü yaxşı hiss etsə də, son vaxtlarda yenidən pisləşmişdi. Daimi ailədən kimsə yanında olurdu və ona nəzarət edirdi. İntihar günü bir neçə dəqiqəlik anasının diqqətindən yayınıb və tək qalan kimi özünü asaraq intihar edib".

Qeyd edək ki, bir müddət öncə M.Hüseynzadəyə elçi gəlməsi və ailəsinin azyaşlı olduğu üçün bu izdivaca razı olmadığı bildirilmişdi. Bundan sonra qızda psixoloji narahatlıqlar yarandığı qeyd olunmuşdu. Lakin atası intiharın bu faktla bağlı olmadığını, qızının daha əvvəldən psixoloji problemləri olduğunu bildirib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #intihar   #Lənkəran   #azyaşlı  

Oxunub: 1284